Xəbərlər

Azərbaycan Silahlı Qüvvələri ilə bağlı qanunvericilik dəyişdirilir

BEY MEDIA İnformasiya agenti xəbər verir


Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə qanunvericiliyə dəyişiklik edilir.

BEY.AZ-ın xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunun 9-cu maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanunun hazırkı bəndi isə belədir: “Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu