fbpx

Müdafiə Nazirliyinin saxlanılan hərbçiləri barədə TƏCİLİ XƏBƏR

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs həbs edilib.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, saxlanılan Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə barədə məhkəmə qərar verib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə onlar barəsində istintaq orqanının təqdimatına baxılıb və Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib.

Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, nazirliyin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə xəbər vermişdik.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu