fbpx

Güzəştli kreditlərin verilmə qaydası dəyişdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Gənclər Fondunun vəsaitindən gənclərə güzəştli kreditlərin verilməsi Azərbaycan Mərkəzi Bankının lisenziya verdiyi və Fondun Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olan müvəkkil kredit təşkilatı vasitəsilə həyata keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Fond kredit götürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri müvəkkil kredit təşkilatına ödəmə müddəti ilə müvəkkil kredit təşkilatının həmin vəsaiti Fonda köçürməsi müddətinin üzləşməsini aparmaq və ya bunun üçün Mərkəzi Banka müraciət etmək hüququna malikdir. Fond bu müraciəti etdikdə Mərkəzi Bank fəaliyyət istiqamətinə uyğun olaraq müvəkkil kredit təşkilatında yoxlama apararkən bu məsələni də araşdırır və nəticəsi barədə Fonda məlumat verir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Güzəştli #kreditlərin #verilmə #qaydası #dəyişdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu