Xəbərlər

Bilgəhdə sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq “Azərsu” ASC-nin yaratdığı xüsusi qrupların araşdırmaları nəticəsində Sabunçu rayonunun Bilgəh qəsəbəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

BEY.AZ bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, araşdırma zamanı məlum olub ki, qəsəbənin Albalılıq massivində obyekt sahibi yaxınlıqdan keçən xəttə qanunsuz qoşulma verərək sudan istifadə edir. Əvvəllər sudan qeyri-qanuni istifadəyə görə akt yazılaraq dəymiş ziyan hesablansa da, obyekt sahibi təkrar qoşulma etməklə qanunazidd əməllərini davam etdirib.

Massivdə yaşayan bəzi sakinlər isə texniki şərt olmadan, tikinti norma və qaydalarına uygun olmayaraq su xətləri çəkiblər. Onlar təzyiq yaratmaq məqsədilə xəttin üzərində bölüşdürücü çənlər quraşdırıblar və suyu evlərə həmin çənlər vasitəsilə paylayıblar. Ərazidəki fərdi yaşayış evlərinin əksəriyyəti sayğac quraşdırmadan sudan uçotsuz istifadə ediblər. Bununla yanaşı, “Azərsu” əməkdaşlarına qapı açmayan sakinlər muqavilə bağlamaqdan imtina edirlər. Aşkarlanmış qeyri-qanuni xətlər ləgv olunub.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan istifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

“Qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, – deyə “Azərsu” bəyan edib.

2022-ci ilin yanvar-aprel aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 2 982, Sabunçu rayonu isə üzrə 545 fakt aşkarlanıb. Bununla əlaqədar müvafiq olaraq 797 min və 175 min kubmetr həcmində sərfiyyat bərpa olunub. 4 ayda sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu