fbpx

Avtoxuliqanlıq edən sürücü qəza törətdi, xəsarət alanlar var

BEY.AZ informasiya agentliyi xəbər verir


Xırdalan şəhərində üç avtomobil qəzaya uğrayıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində baş verib.

“Tofaş” markalı nəqliyyat vasitəsini idarə edən sürücü manevr qaydalarını pozaraq prospektdən Zərifə Əliyeva küçəsinə daxil olub. Bu zaman onun maşını yol kənarında dayanan “Toyota” markalı avtomobilə çırpılıb.

Daha sonra “Tofaş” əks yolda olan digər “Toyota”ya çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları bildiriblər ki, 77-DP-862 dövlət nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü bir ay ərzində 4 dəfə qəza törədib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu