Xəbərlər

Evdən tək olan 70 yaşlı qadına qarşı ŞOK PLAN QURDU: Mənzilin qapısını açanda gördüyünə İNANMADI



Türkiyənin Maltəpə rayonunda cinayətkarlar tək yaşayan 70 yaşlı qadına qarşı inanılmaz plan qurublar.

bey.az xəbər verir ki, onlar qadına zəng edərək, adının cinayət hadisəsində hallandığını irəli sürüblər. Özlərini polis əməkdaşı kimi təqdim edən şübhəlilər, qadından 10 min dollar pul tələb ediblər. Qadın pulu ödəməyə razılıq verib. Lakin bir müddət sonra qadın məsələdən şübhələnib və polisə məlumat verib. Polislər isə qadının evinə yerləşərək, şübhəlilərin gəlməsini gözləyiblər. Şübhəlilər qadının polisə xəbər vermədiyindən əmin olmaq üçün onunla 5 saat telefonda danışıblar.

Ardınca isə onlardan biri pulu almaq üçün qadının evinə gəlib. Nəticədə o həbs olunub. Ardınca dəstənin digər üzvləri də nəzarətə götürülüb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu