fbpx

Tərtərdə qəza baş verdi – Xəsarət alanlar var


Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.

Baş Prokurorluqdan BEY.AZ-a verilən məlumata görə, hadisə aprelin 25-i saat 18 radələrində qeydə alınıb.

Belə ki, Məmmədzadə Şaiq İlham oğlu idarə etdiyi “VAZ 21104” markalı minik avtomobili ilə Tərtər şəhəri E.Hüseynov küçəsi ərazisindən keçən asfalt yolda hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkət edərək sola dönən Rzayev İlham Mustafa oğlunun idarə etdiyi “QAZ 32213” markalı mikroavtobus ilə toqquşub.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda olan sərnişinlər Çələbiyeva Təranə Qamil qızı, Quliyeva Dilarə Məhərrəm qızı, Əliyeva Gülnarə Eldar qızı və Əlizadə Lalə Vüqar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Tərtər RPŞ-nin İQ-da araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu