Xəbərlər

Həftəsonu 299 nəfər şənliyə buraxılmayıb

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Həftəsonu Azərbaycanda toylara görə 17 nəfər cərimələnib, 299 nəfər şənliyə buraxılmayıb.

BEY.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 25-26-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 110 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 1 095 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 17 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 299 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu