fbpx

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur


Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb.

BEY.AZ xəbər verir ki, müğənni bu barədə verilişlərdən birində deyib.

“Həyatımda olan xanımla aramızda 15 yaş fərq var. Özüm istəyib, özüm seçmişəm, artıq müəyyən addımları da atmışam”, – deyə müğənni qeyd edib.

Müğənni toyunun nə zaman keçiriləcəyi barədə məlumat verməkdən imtina edib. Qeyd edək ki, Talıb Tale bir neçə il əvvəl efirlərdən birində 20 yaşlı xanımla ailə quracağını açıqlamışdı. Xatırladaq ki, müğənninin hazırda 43 yaşı var.

Daha ətraflı süjetdə:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu