Xəbərlər

Hüseyn onu pulsuz aparan sürücüyə avtomobil hədiyyə etdi


Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov qeyri-adi addımı ilə diqqət çəkib.

BEY.AZ baku.ws-ə istinadən xəbər verir ki, bloger taksi sürücülərinə yaxınlaşaraq pulu olmadığını və onu istədiyi yerə ödənişsiz çatdırmalarını istəyib. Sürücülərin əksəriyyəti onun bu istəyini rədd etsə də, onlardan biri Hüseynlə razılaşıb.

H.Həsənov dediyi ünvana çatdıqdan sonra həmin sürücüyə avtomobil salonundan yeni maşın hədiyyə edib.

Həmin görüntüləri bloger 19 milyondan çox izləyicisi olan şəxsi instaqram hesabında yayımlayıb. H.Həsənovun paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Videoya qısa müddətdə 1 milyon 300 min baxış sayı gəlib, çoxsaylı şərhlər yazılıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu