Xəbərlər

LDU-da Zəfər Gününə həsr olunmuş konfrans keçirildi



Lənkəran Dövlət Universitetinin(LDU) böyük akt zalında 8 Noyabr –Zəfər Gününə həsr olunmuş konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarından keçmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla, ehtiramla yad edilib.

bey.az xəbər verir ki, tədbiri açan Lənkəran Dövlət Universitetin rektoru, professor Natiq İbrahimov böyük tarixi gün- Zəfər bayramı münasibətilə konfransda iştirak edən şəhid ailələrinin üzvlərini, qaziləri, müharibə iştirakçılarını, universitetin tələbə-professor-müəllim heyətini təbrik edib. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu möhtəşəm qələbə ilə bağlı dediklərini konfrans iştirakçılarının diqqətinə çatdıran universitet rəsmisi “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq” deyərək sevincini bütün zalla bölüşüb.

Professor Natiq İbrahimov qeyd edib ki, Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 Noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı. Rektorbildirib ki, Qələbə savaşında Lənkəran Dövlət Universitetinin tələbə və məzunları, işçiləri də mərdliklə döyüşüb, şəhid, qazi, igid əsgər kimi adlarınıuniversitetin şərəf kitabına yazıblar.

Konfransda Filologiya və ibtidai təhsil fakültəsinin dekan müavini, I Qarabağ müharibəsi iştirakçısı, dos. Qədim Rufullayev, Vətən Müharibəsi iştirakçısı, mühasib Şəhriyar Həsənzadə, Vətən Müharibəsi şəhidi baş leytenant Vüsal Kazımovun həyat yoldaşı, universitetin kabinet müdiri Aysel Kazımova, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı,dos. Gülbəniz Əliyeva çıxış edərək bildiriblər ki, xalqımızın tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxartdı , göstərdi ki, Azərbaycanda müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişib. Elə bir nəsil ki, ölkəmizin milli maraqlarının pozulmasına yol vermədi,haqqımız olanın əlimizdən alınması ilə barışmadı, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin etdi. “Aradan əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq”-çıxışçıların yekdil rəyi belə olub.

Lənkəran Dövlət Universiteti tələbələrinin yüksək peşəkarlıq lahazırladıqları“Zəfər günü” və İkinci Qarabağ savaşında şəhid olan LDU tələbələrinin xatirəsinə həsr etdikləri videoçarxlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tələbələrin vətənpərvərlik ruhunda hazırladıqları musiqili-ədəbi kompozisiya daözünəməxsusluğu ilə seçilib, tədbirə nikbin, həm də kövrək not qatıb, ifa olunan mahnılar, şeirlər, musiqi nömrələri iştirakçılara Zəfər ovqatı, bayram əhval-ruhiyyəsi bəxş edib.

Konfransın sonunda şəhid ailələrinin üzvlərinə Zəfər Günündən xatirə kimi Lənkəran Dövlət Universiteti tərəfindən hədiyyələr təqdim edilib.

Qeyd edək kİ, 8 Noyabr-Zəfər Günü münasibətilə LDU-da silsilə tədbirlər keçirilib, Qarabağ zəfərini əks etdirən rəsm və kitab sərgiləri təşkil edilib. Həmçinin, LDU-nun şəhid tələbə və məzunlarının, qazilərin ailələrinə, müharibə veteranlarına pul mükafatları verilib. Bu gün universitetdə keçirilən dərslərdə Azərbaycan tarixinin əlamətdar səhifəsi olan Zəfər Günündən söz açılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu