Xəbərlər

“Mədəkiçiltmə əməliyyatı hamilə qalmağa maneə deyil”


“İstənilən bariatrik əməliyyatdan (mədəkiçiltmə, artıq çəkidən azad olma) 12-16 ay keçəndən sonra qadınlar hamilə qala bilərlər. Hamiləliyin sayında isə məhdudiyyət yoxdur”.

BEY.AZ xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin əməkdaşı, həkim Taryel Ömərov deyib.

O qeyd edib ki, bu, istənilən yaş dövrünə aiddir.

Həkim onu da əlavə edib ki, əməliyyatdan sonra təkrar kökəlmələr ola bilər: “Elmi araşdırmalara görə, hazırda 100 xəstədən 13-18 %-də 3-5 ildən sonra təkrar piylənmə ola bilər. Yəni əməliyyatdan sonra yenidən piylənmə ehtimalı az da olsa, var”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu