Xəbərlər

Mixeil Saakaşvili hərbi hospitala köçürülməsinə razılıq verdi


Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Tbilisidəki Qldani həbsxanasının klinikasından Qori şəhərindəki hərbi hospitala köçürülməsinə etiraz etmir.

İlgili Makaleler

BEY.AZ xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Eka Xerxeulidze jurnalistlərə açıqlamasında bildirib.

Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze Qori hospitalına baş çəkib və tibbi müəssisədə mövcud vəziyyətlə tanış olub. O, xəstəxananın M.Saakaşvilinin müalicəsi üçün zəruri maddi-texniki baza ilə təchiz olunduğunu deyib.

Ölkə prezidenti Salome Zurabişvili öz növbəsində bəyanatla çıxış edərək sabiq dövlət başçısının Qori hospitalına köçürülməsi ilə bağlı planı alqışlayıb. Onun sözlərinə görə, klinika həm tibbi, həm də təhlükəsizlik baxımından bütün standartlara cavab verir.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilmiş siyasətçi noyabrın 8-də Tbilisidəki Qldani türməsinin müalicə müəssisəsinə yerləşdirilib. Artıq 50 gündür aclıq aksiyası keçirən keçmiş prezidentin ötən gün vəziyyəti pisləşib. / report




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu