Xəbərlər

Özəl universitetlərdə təhsil alan tələbələr də kredit götürə biləcəklər?


“Tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqi yoxdur”.

BEY.AZ xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, ödənişli əsaslarla oxuyan tələbə kredit almaq hüququna malikdir: “Kredit yalnız ölkədə qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub”.

Nazir müavini qeyd edib ki, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli oxuyan tələbələr kredit almaq hüququna malikdir: “Qiyabi təhsil alanlar isə kredit ala bilməzlər”.

Bundan başqa, nazir müavini Azərbaycanda təhsil alan əcnəbilər, eyni zamanda xaricdə təhsil alan Azərbaycan vətəndaşları bu kreditdən yararlana bilmədiyini qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu