Xəbərlər

Pərviz Şahbazov BƏƏ-nin energetika və infrastruktur naziri ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei arasında görüş olub.

Nazirlikdən BEY.AZ-a verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov “Ümumdünya Kommunal Xidmətlər Konqresi”nin yüksək səviyyədə təşkilinə və dəvətə görə təşəkkürünü bildirib. Bu tədbirin qlobal enerji gündəliyində olan məsələlərlə yanaşı ölkələrimiz arasında ikitərəfli enerji əməkdaşlığının müzakirəsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində planlaşdırılan investisiya layihələri, elektrik enerjisinin istehsalı və ixracı, həmçinin təbii qaz, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Qaradağ GES-in inşası iki ölkə arasında yüksək münasibətlərin töhfəsi və “yaşıl” enerji əməkdaşlığının başlanğıcı kimi qiymətləndirilib. Bu əməkdaşlığın inkişafına BƏƏ-nin marağı və dəstəyi bir daha da ifadə edilib.

Söhbət zamanı qlobal enerji bazarlarındakı cari vəziyyətə və “OPEC plus” formatında əməkdaşlıqdan irəli gələn məsələlərə də toxunulub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu