fbpx

İranda yaşayan narkotacirlərin dəstəsi Bakıda ifşa edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda İranda yaşayan narkotacirlərin daha bir dəstəsi ifşa edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar. Əməliyyat nəticəsində Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü tutularaq istintaqa təqdim edilib.

Araşdırmalar zamanı Elnur Əsədovun sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub. Əməliyyat-texniki tədbirlər nəticəsində Elnur Əsədovun İran vətəndaşı ilə narkotik vasitələrin alqı-satqısı nəticəsində yaranan əlaqələri sübuta yetirilib. Həmin şəxsin evinə və avtomobilinə baxış zamanı 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə Binə və ətraf ərazilərdə 5 evdən, mağazadan, həmçinin Hövsan qəsəbəsində 9 avtomobildən oğurluq edən İlqar Zamanov və Fuad Qasımov da saxlanılıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının ilin əvvəlindən həyata keçiridikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 26 nəfər tutularaq istintaqa təqdim edilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İranda #yaşayan #narkotacirlərin #dəstəsi #Bakıda #ifşa #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu