Xəbərlər

Prezident Dövlət Sosial Müdafiə Fondu ilə bağlı fərman imzaladı


Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Qanunun tətbiqi barədə Fərman imzalayıb.

BEY.AZ xəbər verir ki, müəyyən edilib ki, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Qanunun 3-cü maddəsinin 3-cü və 4-cü hissələrində, 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Prezident həyata keçirir;

Həmin Qanunun 3-cü maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur;

Həmin Qanunun 3-cü maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur;

Həmin Qanunun 4-cü maddəsində “orqan (qurum)” dedikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur.

Nazirlər Kabineti “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Qanundan irəli gələn məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi:

“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanununun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların yerinə yetirilməsi üçün tədbirlər görməli və bu barədə ildə iki dəfə Prezidentə və Nazirlər Kabinetinə məlumat verməlidir;

Həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin aylıq və rüblük bölgüsünü 10 (on) gün müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etməlidir;

Büdcə təşkilatlarının 2022-ci il yanvarın 1-dək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarına dair məlumatları 20 (iyirmi) gün müddətində Maliyyə Nazirliyinə təqdim etməlidir;

“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Prezidentə və Nazirlər Kabinetinə məlumat verməlidir;

“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi:

Bu Fərmanın 3.2-ci bəndində qeyd olunan bölgü nəzərə alınmaqla, 2022-ci il üçün dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitin (transfertin) aylıq və rüblük bölgüsünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla 10 (on) gün müddətində təsdiq etməlidir;

Büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclarını 2022-ci il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə almalıdır;

“Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 402-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlər Kabineti, şəhər və rayon icra hakimiyyətləri dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlarla birlikdə tədbirlər görməlidirlər.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu