Xəbərlər

Qara qutudan elə bir məlumat çıxa bilər ki, heç yerdə səslənməmiş olsun


“Qəza baş verən andan daxil olan məlumatlardan sonra cəmiyyətdə müxtəlif fikirlər səslənir. Bu kimi fikirlərin yayılmasını anlamaq olar. İstər ziyalı olsun, istər digər şəxslərin müəyyən bir subyektiv fikr söyləməyə ixtiyarları var. Düşünürəm ki, bu birinci növbədə bizim cəmiyyətin hadisəyə diqqəti, faciə ilə əlaqədar narahatlığının nəticəsindən irəli gəlir”.

Bu açıqlamanı BEY.AZ-a özəl olaraq ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib. Onun sözlərinə görə, biz hadisənin necə baş vermə səbəbi barədə ancaq qara qutuların oxunmasından sonra dəqiq obyektiv məlumatı əldə edə bilərik.

“Azərbaycanla Pakistanın hərbi sahədə münasibətləri daimidir”

“Bildiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən baş verən hərbi helikopter qəzası xüsusilə diqqətdə saxlanılır. Hadisənin araşdırılması üçün təşkil edilən istintaq komissiyasının tərkibinə Baş prokurorluq, DSX və digər qurumların yüksək peşəkar şəxsləri cəlb olunub. Qəza baş verdikdən sonra təşkil edilən brifinqdə DSX-nın rəisi cənab Elçin Quliyev geniş şəkildə cəmiyyətə ilkin məlumatları çatdırdı. Hal-hazırda istintaq gedir. Biz isə araşdırmaların nəticələri gözləməliyik”.

Sosial şəbəkələrdə faciə ilə bağlı insanların fərqli fikirlərinə münasibət bildirən polkovnik vurğuladı ki, düşüncələrimizi ifadə edərkən həlak olanların ailələrinin acısına toxunacaq sözlər istifadə etməməyə çalışmalıyıq, çünki hər hansı bir yalnış fikir onların yarasına duz səpmək kimi birdir.

“Daha yaxşı olar ki, sosial şəbəkələrdə diqqət mənasında fikir bildirərəkən şəhid olan hərbiçilərimizə rəhmət oxuyub, yaxınlarına təsəlli versinlər. Amma qəzanın baş vermə səbəbləri ilə bağlı düşünürəm ki, biz gərək ki, rəsmi rəyləri gözləyək. Azərbaycanda qara qutuların açılması ilə bağlı peşəkar heyət, müasir cihazlarımız var. Məhz bu araşdırmanın sonunda dəqiq fikirlər söyləmək mümkün olacaqdır. O ki qaldı, helikopterdə rütbəli zabit heyətinin uçması ilə bağlı yaranan fikirlərə qeyd edim ki, helikopterlərdə adətən komandir heyəti uçur. İstisna hallarda əsgərlərin helikopterdə uçmasına izin verilir. Hava şəraiti ilə bağlı düşünürəm ki, uçuşaqədər müəyyən hazırlıq vəziyyəti olur. Əgər uçuş üçün təhlükəli bir vəziyyət, hava şəraiti varsa o helikopterin göyə qalxmasına icazə verilmir. Ümumiyyətlə belə proseslərdə bütün parametrlər rəsmi olaraq sənədləşdirilir, daha sonra qərarlar icra edilir”.

Müsahibimiz onu da vurğuladı ki, ola bilsin ki, qara qutudan elə bir məlumat çıxacaq ki, heç bir yerdə səslənməmiş olsun.

“Baş verən qəza bizi olduqca kədərləndirsə də, biz mütəxəssislərin rəyini, qara qutunun araşdırılmasını gözləməliyik. Yalnız bu halda dəqiq fikirlər söyləmək üçün şərait yaranacaqdır”.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu