Xəbərlər

Qubada “Zəfər Günü”nə həsr edilmiş onlayn elmi seminar keçirildi



5 noyabr tarixində Quba şəhərində Soyqırımı Memorial Kompleksi-nin təşkilatçılığı ilə “Zəfər Günü” nə həsr edilmiş onlayn elmi seminar keçirilib.

bey.az xəbər verir ki, onlayn elmi seminarda Kompleksin 20 əməkdaşı iştirak edib. Kompleksin direktoru t.ü.f.d. Rəxşəndə Bayramovanın moderatorluğu ilə baş tutan seminarda tarixçi alim AMEA-nın Şərqşünaslıq İnsititutunun t.ü.f.d, dosent Sübhan Talıblının “Vətən müharibəsində qazanılan qələbə tarixdə qalacaq” mövzusunda məruzəsi dinlənilib.

Konfransda bildiriblər ki, xalqımızın tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxartdı, göstərdi ki, Azərbaycanda müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişib. Elə bir nəsil ki, ölkəmizin milli maraqlarının pozulmasına yol vermədi, haqqımız olanın əlimizdən alınması ilə barışmadı, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin etdi. “Aradan əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu