fbpx

Bakı sakinlərinə XƏBƏRDARLIQ – Sabah saat 08:00-dan…

Bakı sakinlərinə XƏBƏRDARLIQ – Sabah saat 08:00-dan…

Sabah bəzi ərazilərdə qaz olmayacaq.

BEY.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, sabah saat 08:00-dan “Mayak-2”  qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması, saat 10:00-dan Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, “1 May qəsəbəsi” və “Pirallahı Yeni” qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Pirallahı (tam olaraq) və Şüvəlan (dənizkənarı yaşayış sahəsinin) qəsəbələrinin, Xətai rayonunun isə Lütfi Zadə küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu