Xəbərlər

Şimali Koreya vətəndaşlarına ÇAĞIRIŞ: az yeyin



Kim Çen Inın başçılıq etdiyi Şimali Koreya hökuməti öz vətəndaşlarına daha az yeməyi tövsiyə edib.

bey.az xəbər verir ki, 2025-ci ilə qədər, ölkə Çinlə sərhədlərini açana qədər insanlar iştahını azaltmalıdırlar.

Şimali Koreya 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Çinlə sərhədi bağlayıb. Bu addım Koreya Xalq Demokratik Rerspublikasının iqtisadiyyatına ciddi təsir edib – gündəlik tələbat mallarının qiymətləri kəskin bahalaşıb, məhsullar piştaxtalardan yoxa çıxıb.

Mənbələrin bildirdiyinə görə, qida çatışmazlığı artıq Şimali Koreya vətəndaşlarının həyatına təsir edir. İnsanlar qıtlığın bir neçə il davam edəcəyini, qışdan çıxmağı çətinləşdirəcəyindən şikayətlənir.

“Hazırda ərzaqla bağlı vəziyyət kritikdir. Səlahiyyətlilər deyəndə ki, 2025-ci ilə qədər az yemək lazımdır, böyük ümidsizliyə qapılmaqdan başqa əlimizdən gələn bir şey yoxdur”, – Şimali Koreyanım Sınıycu şəhərinin sakini deyib.

Şimali Koreya hökumətinin mövqeyinə gəlincə, rəsmilər ərzaq çatışmazlığını ölkəyə tətbiq edilən sanksiyalar, təbii fəlakətlər və COVID-19 epidemiyası ilə əlaqələndiriblər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu