Xəbərlər

Son sutkada nə qədər adam virusa yoluxub?


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 854 yeni yoluxma faktı qeydə alınıb, 1 569 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BEY.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 613 059 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 724 nəfər müalicə olunaraq sağalıb, 8 257 nəfər vəfat edib. 13 078 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 462, bu günə qədər isə ümumilikdə 5 788 891 test icra olunub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu