fbpx

Ətin qiymətində bahalaşma gözlənilir?


Xəbər verdiyimiz kimi, xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Bu qərar Azərbaycanda qoyun-quzu ətinin bahalaşmasına səbəb ola bilər?



Mövzu barədə BEY.AZ-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli düşünür ki, qərar ölkədə ətin qiymətinə təsir göstərməyəcək:



“Xoşbəxtlikdən bu qərar elə bir mərhələdə qəbul edilib ki, artıq qarşıdan isti aylar gəlir. Bir tərəfdən isti havalar qoyun-quzu ətinə tələbatı aşağı salır, digər tərəfdən də kənd təsərrüfatı məhsulları bol olacaq. Ona görə də, mən düşünmürəm ki, Gürcüstandan gələn qoyun ətinə müvəqqəti məhdudiyyət qoyulması, ölkədə qoyun ətinin bahalaşmasına gətirib çıxaracaq”.

İqtisadçı həmçinin bildirib ki, quzu əti adlandırdığımız ət əslində quzu əti deyil:


“Bir şeyi də qeyd edim ki, mediada buna quzu əti yazırlar, əslində 18 manata satılan ət quzu əti deyil, qoyun ətidir. Buna təsərrüfatda toğlu deyirlər, yəni 7-8 aylıq qoyun. Hazırda quzu əti 22-25 manatdır, quzu 6 aylığa qədər olur, çəkisi də 9-11 kiloqram olur”.

Cavidan Mirzəzadə / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu