Xəbərlər

Yasamal rayonunda dayanacaqdakı terminallar niyə işləmir?


Bakı və onun ənənəvi problemlərindən biri də ictimai nəqliyyatda yaşanan çətinliklərdir.

BEY.AZ xəbər verir ki, gündəmdən düşməyən problemlərdən biri də avtobus dayanacağı məntəqələrində quraşdırılan terminalların düzgün işləməməsidir.

Düzdür Bakı Nəqliyyat Agentliyi “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminalları və onlayn yolla gediş kartlarına vəsaitin yüklənməsi üçün alternativ yollar təklif etsə də, yəqin ki, bundan çox adam xəbərsizdir. Çünki səhərlər öz getdiyi istiqamət üzrə avtobusunu gözləyən əksər insanlar xüsusəndə yaşlılar çalışmayan bankomatların qarşısında var-gəl edərək çarəsiz hansısa sərnişindən avtobus kartından istifadə üçün kömək gözləyir.


Analoji vəziyyət Bakı Şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən əksər dayanacaqlarda quraşdırılan MilliÖn bankomatlarında da hökm sürür. Bir neçə gündür həmin bankomatlarda gediş haqqı ödəmək mümkün olmur. Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayevə müraciət etdik. BNA rəsmisi BEY.AZ-a bildirdi ki, “MilliÖn” ödəmə terminallarından baş verən problemə birbaşa müdaxilə edə bilməsələr də məsələnin həllinə çalışacaqlar.

Mais Agayev ve ailesi koronavirusa yoluxdu - VİDEO

Mais Ağayev onu da qeyd etdi ki, belə bir problem yaşananda vətəndaşlar supermarketlərin daxilində quraşdırılan “MilliÖn” ödəmə terminallarından və onlayn üsulla gediş haqqlarını yükləyə bilərlər.

Məsələ ilə bağlı “MilliÖn”dən BEY.AZ-a bildirdilər ki, artıq ödənişdə problemlər yaradan terminallar ilə bağlı müvafiq şöbəyə məlumat verilib problem gün ərzində həll ediləcək.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu