Xəbərlər

Yeniyetmələri intihara aparan səbəblər hansılardır?


Uzun müddətdir ki, yeniyetmələrin intihar xəbərlərini oxuyuruq. Gənc yaşlarında, xüsusilə də 13, 14, 17 yaş kateqoriyasında olanların bu addımı atması təəssüf və təşviş doğurur. Səbəblərini araşdırmaq üçün yeniyetmələrin problemlərini dinləyən uzman psixoloq Gülnara Muxtarova ilə söhbət apardıq.

BEY.AZ xəbər verir ki, psixoloq intihara qədər gənclərin hansı proseslərdən keçdiyini açıqlayıb:

– Ümumiyyətlə, yeniyetməlik
dövrü özünün böhran ya da kriz dönəmləri ilə daha çox bilinir. Bunun digər tərəfi
isə bir çox valideynlər bu dövrlə bağlı məlumatlı olmamasıdır. Məsələn, yeniyetməlik
dövrünə qədər hər şey normaldı, uşaq ünsiyyət qurur. 10 yaşdan sonra yeniyetmənin davranışları, düşüncə tərzi sosial çevrəsinə olan davranış tutumlarında ciddi mənada dəyişikliklər
başlayır və bu da valideynlərin diqqətini çəkir. Valideynlərin problem olaraq baxdıqları məsələ
də burdan başlayır.

Yeniyetmələrin
davranışlarında fərqli tutumlar, düşüncə tərzləri fərqli yeni
bir yeniyetmə ortaya çıxarır. Eyni zamanda, məktəb, mühit, sosial amillər
də bu davranışların formalaşmasında öz təsirini göstərir. Məsələn, yeniyetmələrdə problem olaraq gördüyümüz bəzi davranışlar məktəbdə başlayır, daha sonra sosial çevrə ilə
davam edir və bu, evə daşınır.

Yeniyetmələrlə söhbətləriniz əsnasında əsasən nədən şikayətlənirlər?

– Yeniyetmə bizə gəldiyində bəzən burada ilk başda valideynlə yeniyetmə arasında anlaşılmazlıq olur. Yeniyetmə başqa danışır, valideyn çox başqa birşey şey. Əslində, bu dönəmi hər yeniyetmə fərqli yaşayır. Kimisi özünə qapanır, öz əhatəsindən, çevrəsindən, ailədə ünsiyyətdən qaçır, kimisi də bunun əksinə, hər şeyə qarşı gələrək, öz doğru bildiklərinin içərisində keçirdir.

Bəzən şikayətlənirlər ki, mən sadəcə anlaşılmaq istiyirəm. Əslində, yeniyetmə bir yerə qədər valideynin istədiyi kimidi olur, sonra bu yaş dönəmində artıq yeniyetmənin davranışı valideynin istədiyi kimi olmaqdan çıxır. Yeniyetmə özünün istədiyi kimi olmağa çalışır və valideyn də bunu qəbul edə bilmir, nəticədə, burada divar hörülür. Valideynin yeniyetməlik dövrü ilə bağlı bilgisizliyi yəni, davranış tərzləri, münasibəti səbəbindən psixoloji dəstək olmayanda divar getdikcə qalınlaşır.

Beləliklə, yeniyetmə valideyni özünün yoxluğu ilə hədələməyə başlayır, istər sağlamlıq, istər fiziki, istərsə də duyğusal anlamda
özünə zərər verməklə bağlı cəhdlərə başlayır. Təbii ki, bu bütün yeniyetmələr
üçün keçərli deyil, hər yeniyetmənin özünə zərər verməsi, daha doğrusu,
valideynlərini qorxutmaq məqsədilə onları özünün təkliyi ilə qorxutmaq davranışları fərqlidir. Suisid, intihara meyillilik yeniyetmənin anında
planlaşdırdığı və həyata keçirtdiyi bir durum deyil, bu sadəcə bununla bağlı
düşüncədir. Çox zaman yeniyetmə bununla bağlı məktub hazırlayır. Bu məktubu valideynin görə bildiyi
bir yerdə yazır və yaxud valideynin asanlıqla tapa biləcəyi bir yerə qoyur və valideyn bunu oxuduğunda təbii
ki də narahat olmağa başlayır və bu
halda psixoloji dəstəyə ehtiyac duyur.

Yeniyetməlik dövrü keçdikdən sonra gənclik dönəmində olğunlaşmış bir insan valideynini artıq çox da önəmsəmir. Valideynin fikirləri onun həyatında çox da önəmli olmur və valideynlə, ailə ilə bağlı müəyyən travmalar yeniyetməlik dövründən qalan travmatik xatirə olaraq qalır.

Məsələnin həllinə gəlincə, müsahibim deyir ki, bu yöndə valideynlər doğru məlumata sahib olmalıdırlar:

– Təbii ki, burada düzgün
psixoloq seçimi, psixoloji dəstəyin doğru aparılması məcburidir. Beləliklə, həm yeniyetmənin, həm də
valideynin ünsiyyətinə doğru müdaxiləsi bu problemə yönəlik çıxış yoludur. Bizlər bu durumda sadəcə yeniyetmə ilə işləsək,də bu tək tərəfli bir
çalışma olacaq. Ona görə də paralel çalışmaq lazımdır.

Gülər Seymurqızı / BEY.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.19. “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu