fbpx

Əfsanəvi fransız kinorejissoru vəfat etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Fransız kinosunun inqilabi Yeni Dalğasına başçılıq edən kinorejissor Jan-Lük Qodar 91 yaşında vəfat edib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, onun ölümü barədə açıqlamanı ailəsi verib.

Açıqlamaya əsasən, rejissorun evində dinc şəkildə öldüyü bildirilib. Ailəsi ona heç bir rəsmi dəfn mərasimi keçirilməyəcəyi, yandırılacağını qeyd edib.

Qeyd edək ki, Qodar debütünü “À bout de sufle” (Nəfəssiz) filmi ilə edib. Bununla 1960-cı illərdə filmin qaydalarını yenidən yazan rejissor kinoya yeni şövq və cəsarət gətirib və Martin Skorsesedən tutmuş Kventin Tarantinoya qədər rejissorlara ilham verib.

Qodarın hekayə xətləri də zaman və məkanı qarışdıraraq sabit povest ideyasını dəyişdirirdi. O, “Hekayənin başlanğıcı, ortası və sonu olmalıdır – lakin bu ardıcıllıqla deyil” – deyirdi.

“Une Femme Mariée” (1964), “Pierrot le fou” (1965), “Masculin Féminin” (1966) və “Week-end” (1967) daxil olmaqla ümumilikdə 100-dən çox filmi var.

Onun ən son ekran işi 2018-ci ildə yayımlanıb. 2011-ci ildə fəxri Oskar alıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin