fbpx

Quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Gəncədə quş əti emal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Metbuat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Q.Nəbi küç., ev 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məhərrəmov Rövşən Rövşən oğluna məxsus quş əti emalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib.

Belə ki, emal prosesində istifadə olunan avadanlıqların vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunverciliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Quş #əti #emal #edən #müəssisənin #fəaliyyəti #məhdudlaşdırıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu