fbpx

Əhaliyı XƏBƏRDARLIQ olundu: Bu ərazilərdən uzaq durun

BEY.AZ informasiya agentliyi xəbər verir

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib.

Bu barədə Metbuat.az-a FHN-dən bildirilib.

“İyun ayının 10-da axşam saatlarından etibarən Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından qısamüddətli sel keçib, bir sıra kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – nazirlik qeyd edib.

“Hazırda aidiyyəti qurumlar selin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, belə bir təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verməyi tövsiyə edir”, – nazirlikdən əlavə edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu