fbpx

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən Metbuat.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika və bir çox digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu