fbpx

Əlilliyi müəyyən edilmiş şəxsə vergi güzəşti tətbiq olunurmu?

BEY.AZ informasiya agentliyi xəbər verir


Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin istəyi ilə arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Metbuat.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyd olunan azadolmalar şəxsin muzdlu işlə əlaqədar əldə olunan gəlirlərinə münasibətdə tətbiq olunur. Bu güzəşt hüququ aşağıda qeyd edilən sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız şəxsin əsas iş yerində (əmək kitabçası olduğu yerdə) həyata keçirilir:

-himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:

-ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

-uşağın doğulması haqqında şəhadətnamənin surəti:

-birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;

-övladlığa götürmə barədə məhkəmə qərarının surəti.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu