fbpx

“Əliyevlə Ərdoğanın görüşündən gözləntilər böyükdür”

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəmizə səfərindən, həmkarı Ceyhun Bayramovla görüşündən sonra liderlər səviyyəsində təmas gözlənilən idi. Xüsusilə nəzərə almaq lazımdır ki, indi hər iki dövləti maraqlandıran kifayət qədər mövzu var. Bunlardan birincisi, şübhəsiz ki, Ermənistanla normallaşma əlaqələridir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib. O bildirdi ki, çox güman, Antalya diplomatiya forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın azərbaycanlı və türkiyəli həmkarları ilə ikitərəfli, üçtərəfli formatda görüşü olacaq. Ekspert şərh etdi ki, böyük ehtimalla, həmin müzakirələrlə Əliyev və Ərdoğan arasındaki fikir mübadiləsi məzmun baxımından üst- üstə düşəcək. Hər halda tərəflərdən hər biri həm Bakı, həm Ankara, həm də İrəvan regional əməkdaşlıqda maraqlıdır.

“Yəqin ki, regional əməkdaşlığın perspektivləri, inkişaf ssenari ilə bağlı yeni qərarlar qəbul ediləcək.
Həmçinin son vaxtlar Ermənistanın intensivləşdirdiyi təxribatlar da gündəlikdə ola bilər. Liderlər adekvat cavab barədə müzakirə apara bilərlər. Bu görüşdən sonra Ermənistanın provokasiyalarına daha konkret cavab verilməsi istisna deyil.
Əlbəttə, Rusiya ilə Ukrayna arasında davam edən müharibə də masada olacaq. Liderlər tərəflər arasında konsesusun əldə olunması üçün imkanlarını ortaya qoyacaqlar. Sözügedən gərginlikdə Bakı və Ankara eyni mövqedən çıxış edir. Bu isə o deməkdir ki, tərəflərin məqsədi də eynidir: qarşılıqlı güzəştlər əsasında sülhün təmin olunması. Əgər Azərbaycan və Türkiyə Rusiyanın maraqlarına uyğun şəkildə problemi həll edə bilsələr, bu, Qarabağ məsələsinə də təsir edə bilər. Hətta, ola bilsin, problemin həlli müqabilində Qarabağda hərəkətlənmə barədə Rusiya ilə müəyyən məsləhətləşmələr aparılıb və ya aparılacaq. Hər halda dediyimiz kimi, böhranın Moskvanın maraqlarına uyğun şəkildə həlli qarşılıqsız qalmamalıdır”.


Kənan Novruzov qeyd etdi ki, görüşdə Qarabağda antiterror əməliyyatı barədə qərar qəbul edilməsi və bunun yaxın zamanda icrası da mümkündür. Çünki optimal şərait yaranıb:

“Ermənistan ard-arda təxribatlar törədir, Rusiya isə artıq əvvəlki nüfuzunu, təsir gücünü itirməkdədir. Deməli, Türkiyə və Azərbaycanının maraqları ilə hesablaşmalıdır.
Bütün hallarda, Əliyevlə Ərdoğanın görüşündən gözləntilər böyükdür. Müzakirələrdən sonra yeni reallıqların şahidi ola bilərik”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu