fbpx
Xəbərlər

Əməyin Mühafizəsi Mərkəzi hansı səbəbdən yaradılır?

BEY.AZ informasiya agentliyi xəbər verir



“Prezident İlham Əliyevin yeni Fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətini optimallaşdırılmasına, həmçinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyasının keçirilməsi sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edir”.

Bu barədə Metbuat.az-a ƏƏSMN-dən bildirilib.

Qeyd edilib ki, fərmanla iki ay müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinin mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində olmaqla “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq:

“Bu barədə dövlət başçısına məlumat veriləcək. Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərəcək, eləcə də bu sahələrdə təlimlər keçirəcək. İşəgötürənlərə əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verilməsini, metodiki dəstəyi təmin edəcək.

Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Dövlət Əməyin Mühafizəsi Fondundan ayırmalar, fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələrdən maliyyələşdiriləcək”.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Əməyin #Mühafizəsi #Mərkəzi #hansı #səbəbdən #yaradılır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu