fbpx

Ənvər Əhməd VƏFAT ETDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Yazıçılar Birliyinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, “Tərəqqi” medalı və “Qızıl qələm” mükafatı laureatı, professor, filologiya üzre fəlsəfə doktoru, Xankəndi Pedaqoji Universitetin keçmiş rektoru Ənvər Əhməd vəfat edib.

Metbuat.az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ənvər Əhməd 8 avqust 1943-cü ildə Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib. “M. Ə. Sabirin poetikası” mövzusunda dissertasiya müdafiə edib. AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlayıb.

“Dağ və mən” adlı ilk şeiri 1962-ci ildə “Ağcabədi pambıqçısı” qəzetində dərc olunub.

Allah rəhmət eləsin!




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu