fbpx
Xəbərlər

Ər arvadını öldürdü, qonşusuna isə xəsarət yetirdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Prokurorluq Yevlax rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Metbuat.az-a verilən məlumatda deyilir:

“Fevralın 9-u saat 7 radələrində Yevlax rayonu, Hacıselli kənd sakinləri 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi və qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, qonşusu İldırım Qarayevə isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Mehdi Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu