fbpx

Ərdoğan “balkon çıxışı” etdi – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir



“Türkiyə Böyük Millət Məclisinə seçkilərdə hazırkı nəticələrlə belə Cümhur İttifaqının qalibiyyəti ilə nəticələnib”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında bildirib.

O, hazırda parlamentdə çoxluğun Cümhur İttifaqı olduğunu vurğulayıb: “Xalqımızın prezident seçkilərində də seçiminin güvən və dayanıqlılıqdan yana olacağından şübhəmiz yoxdur. Seçki nəticələrinin ölkəmizə və millətimizə xeyir gətirməsini diləyirəm”.

“Biz heç vaxt terrorçularla qol-qola girmədik. Diyarbəkirdə kürd qardaşlarımızın şəhid olmasının səbəbkarları ilə eyni yolla getmədik. Biz əmri ancaq Allahdan və xalqımızdan alırıq. Seçki nəticələrinin hələ də tam bilinməməsi belə rəqiblərimizdən yüksək səs çoxluğu ilə irəlidə olduğumuz gerçəyini dəyişmir. İndiyə qədər nə dediksə, bundan sonra da onu deyəcəyik. Bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq. Birlikdə Türkiyə olacağıq! Bu anlayışla birlikdə qarşıdakı 5 ildə xalqımıza xidmət etməyə davam edəcəyimizə inanırıq”, – Ərdoğan vurğulayıb.



03:15

Türkiyə prezidentliyinə namizəd Rəcəb Tayyib Ərdoğanın tərəfdarları Ankarada “Ak Parti” Baş qərargahında onu dəstəkləmək üçün toplanıb.

Metbuat.az xəbər verir ki, Ərdoğan tərəfdarları qarşısında çıxış edib.







Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərdoğan #balkon #çıxışı #etdi #VİDEO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu