Ərdoğan bu gün Ukraynaya gedir
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya rəsmi səfərə yollanacaq.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə lideri Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.
Qeyd olunub ki, səfər zamanı iki ölkə arasında yeni əməkdaşlıq addımlarının atılacağı gözlənilir. Məlumat üçün bildirək ki, bu səfər çərçivəsində Ukrayna və Türkiyə arasında Azad Ticarət Sazişinin imzalanması da planlaşdırılıb.
Səfər çərçivəsində müzakirə olunacaq əsas məsələ Rusiya ilə Ukrayna arasında gərginlik və gərginliyi azaltmaq üçün hansı addımların atıla biləcəyi mövzuları olacaqdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.