fbpx

33 yaşlı qadının ölümü ilə bağlı cinayət işi başlandı


Ağcabədidə qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

BEY.AZ xəbər verir ki, bu barədə Ağcabədi rayon prokurorluğunun məlumatında deyilir.

Xəbərə görə, mayın 2-də Ağcabədi rayon sakini 1990-cı il təvəllüdlü Nəzmiyyə Məhərrəmovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Elgiz Məhərrəmovun rayonun Sarıcalı kəndi ərazisində yerləşən fərdi yaşayış evində Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elgiz Məhərrəmov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu