fbpx

Ərdoğan qələbəsini indidən elan etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident Rəcəb Tayyib Ərdoğanın Atatürk hava limanının Millət Baxçasında keçirdiyi mitinq dünyanın gündəmindən düşmür.

Metbuat.az xəbər verir ki, dünya mediası 1 milyon 700 min nəfərin qatıldığı mitinqin indiyə qədər “görünməmiş” mitinq olduğunu yazıb.Ərdoğan İstanbul mitinqində “Bu meydandan yüksələn səs qaranlıq hesablamalar aparanları məyus edir, qutudan çıxacaq nəticənin müjdəsini verir” dediyi sözlər dünyanın gündəminə çevrilib. Qərb mediası mitinq üçün yenə qalmaqallı başlıqlardan istifadə edib.“Daily Mail” Ərdoğanın 2 milyon nəfərə müraciət etdiyini yazaraq mitinqin bənzərsiz olduğunu vurğulayıb. Məqalədə Ərdoğana qarşı əsassız ifadələr də səsləndirilib. Müxalifətin namizədi Kamal Kılıçdaroğlu üçün isə xoş ifadələr yazılıb.

“Əl-Cəzirə” “İstanbulda 2 milyon Ərdoğan tərəfdarı toplandı” manşetini atıb. “The Times” qəzeti Ərdoğan və Kılıçdaroğlunun kütlənin diqqətini özünə cəlb etdiyini yazıb. “The Times” xəbərində Ərdoğanın mitinqindən olan görüntüdən istifadə edib. “Euronews” “Ərdoğan tərəfdarları döyüşməyə hazır olduğunu göstərir” başlığı ilə oxucularının qarşısına çıxıb.Yunanıstanın “Proto Thema” qəzeti Ərdoğanın İstanbul mitinqində “güc nümayiş” etdirdiyini yazıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərdoğan #qələbəsini #indidən #elan #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu