fbpx

Ərdoğan Şuşa Bəyannaməsinin detallarını Putinlə müzakirə edib?

BEY.AZ informasiya agentliyi xəbər verir


Şuşa Bəyannaməsi bir fevral 2022-ci il tarixində Azərbaycan parlamentində ratifikasiya edildikdən sonra təsdiq edilməsi üçün Türkiyə Böyük Millət Məclisinin sədrliyinə də təqdim olunub. Eyni gündə Akarla Həsənovun Ankaradan verdikləri açıqlamalar diqqət çəkib.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı düşünür ki, hər iki ölkənin müdafiə nazirlərinin açıqlamalarının bir-birinə yaxın olması onları hərbi müstəvidə birlikdə hərəkət edəcəklərinə dəlalət edir.



“Akar Ermənistana sülh sazişinin qəbul edilməsi çağırışını edərək, Bakı və Ankaranın bunu gözlədiyini qeyd edərək, Şuşa Bəyannaməsinə uyğun hərbi müstəvidə ikitərəfli addımlardan danışdı. Azərbaycanın müdafiə naziri Zakir Həsənov da Azərbaycan Ordusunun TSK modelinə keçidi üçün görülən işlərdən barədə məlumat verib. Bununla iki ölkənin gündəyinin eyni olduğu və bu gündəliyin icrası üçün siyasətdə olduğu kimi, hərbi müstəvidə də birgə hərəkət ediləcəyi açıqlanmış oldu. Qeyd edim ki, ən maraqlı məqam Hulusi Akarın “Türkiyə və Azərbaycan ordularının güclənməsi istiqamətində atılan addımlar başqa ölkələrə qarşı təhdid məqsədi daşımır” sözləri idi. Bu, Rusiyaya ünvanlanmış mesajdır”.

Asif Nərimanlı vurğuladı ki, Moskva Şuşa Bəyannaməsinə əsasən hərbi müstəvidə atıla biləcək addımların ona qarşı olmadığını anlamaq istəyir.

“Bildirim ki, Ərdoğan da bəyannamə imzalanandan sonra bəzi məsələlərin Rusiya ilə müzakirə edilməsinə ehtiyac olduğunu açıqlamışdı. İstisna deyil ki, bu məsələlər müzakirə edilib və bəyannamənin ratifikasiya edildiyi gün tərəflər Ankarada atılacaq addımların detallarını razılaşdırıblar.


Məlumat üçün bildirək ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında açıqlama verərək qeyd edib ki, iki ölkənin ordularının birlikdə irəliləməsi onları çox məmnun edir.

“Biz silahlı qüvvələrimizin inkişafı, ölkələrimizin və millətimizin müdafiəsi üçün işimizi davam etdiririk. Ordularımızın gündən-günə irəliləməsindən də çox məmnunuq. “İki dövlət, tək millət” olan Azərbaycan və Türkiyənin Qafqazda barış və sabitliyin təmin edilməsi üçün əlindən gələn səyi göstərdiyini hər kəs görür. Arzumuz bir an əvvəl barışa, sabitliyə qovuşaraq hamının etibarlı və rifah içində yaşayışını davam etdirməsidir”, – Türkiyənin milli müdafiə naziri qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu