fbpx
Xəbərlər

Ərdoğan Ukraynadakı müharibədən belə istifadə etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Financial Times” qəzeti dünyada baş verən son hadisələr barədə məqalə yayımlayıb.

İlgili Makaleler

Metbuat.az xəbər verir ki, “Dünyanın yeni nizamı və orta güclərin yüksəlişi” adlı məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da xüsusi bəhs edilib. Bildirilib ki, Ərdoğan əlindəki imkanlardan istifadə edərək, xarici siyasətdə çox uğurlu həmlələr edib. Müəllif qeyd edir ki, Türkiyə NATO ölkəsi olmasına baxmayaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Məqalədə qeyd edilir ki, Ərdoğan hökuməti Finlandiya və İsveçin NATO-ya üzv olması qarşılığında Qərb qarşısında tələblər irəli sürüb. Müəllifin sözlərinə görə, Türkiyənin mövqeyi Rusiya ilə Ukrayna arasındakı müharibəyə görə daha da güclənib.

“Ukrayna müharibəsi Ankaraya üstünlük verərkən Türkiyə öz geosiyasi təsirlərindən istifadə edə bilər. Türkiyə Qara dənizdəki taxıl müqaviləsində vasitəçilik etdi və bu, bütün dünyada ərzaq qiymətlərinin artımını ləngitdi. Türkiyə gələcəkdə sülh danışıqlarında da mühüm rol oynaya bilər” – məqalədə deyilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərdoğan #Ukraynadakı #müharibədən #belə #istifadə #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu