fbpx

Ərdoğandan 2 trilyon dollarlıq həmlə

BEY.AZ informasiya agentliyi xəbər verir



Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən Körfəz turuna başlayıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində Ankara ilə ərəb ölkələri arasında əhəmiyyətli müqavilələrin imzalanacaq. Məlumata görə, səfərin ən əhəmiyyətli mövzusu uzun dəniz daşımaları yerinə İraq üzərindən Türkiyəyə bağlanaraq Körfəz ölkələrinin Avropaya çıxışını təmin edən layihə olacaq. Bildirilir ki, Körfəz ölkələrini İraq üzərindən Avropaya birləşdirəcək İnkişaf Yolu layihəsinin əsas keçid məntəqəsi Türkiyənin Ovaköy Sərhəd Qapısı olacaq. Bildirilir ki, bu layihə 2 trilyon dollarlıq Körfəz kapitalını Qərb kapitalı ilə bir araya gətirərək, iqtisadiyyat üçün yeni qapı açacaq.

Ərəb ölkələri də uzun dəniz nəqliyyatını əvəzləyəcək Bağdad üzərindən keçən İnkişaf Yolu layihəsinə önəm verir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Ərdoğandan #trilyon #dollarlıq #həmlə

Bir Cevap Yazın

Başa dön tuşu