fbpx
Xəbərlər

Ərzaqlıq buğdanın keyfiyyət göstəricilərinə dair tələblərə dəyişikliklər ediləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünya bazarında və regionda taxılın tədarükündə yaranan çətinliklər nəzərə alınmaqla, ərzaqlıq buğda təchizatının dayanıqlılığının təmin edilməsi məqsədilə Azərbaycanda tədarük olunan buğdanın keyfiyyət göstəriciləri “Taxıl və taxıl məhsulları” və “Qida məhsullarının keyfiyyəti və texnologiyası” Texniki komitələrinin növbədənkənar onlayn iclasında müzakirə edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Metbuat.az-a verilən məlumata görə, qurumun tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin, həmçinin Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin və mütəxəssislərin iştirakı ilə keçirilən iclasda tədarük olunan taxılın keyfiyyət göstəricilərinə dair tələblər təhlil olunub.
İclasda “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq AZS 888:2020 “Buğda.Texniki şərtlər” dövlət standartına dəyişikliklərin edilməsi qərara alınıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu