fbpx

Əsir hərbçimizin İrəvandan göndərdiyi MƏKTUB

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.

Onun sözlərinə görə, məktub BQXK nümayəndələri tərəfindən təqdim olunub.

Rüya tabirlerini burdan oku

“Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə”, – məktubda deyilir.

Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

“Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, – BQXK-nin yaydığı məlumatda deyilir.

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Əsir #hərbçimizin #İrəvandan #göndərdiyi #MƏKTUB

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu