fbpx

Sabiq prezidentin qızının 25 milyon dollarlıq əmlakı əlindən alındı

BEY.AZ informasiya agentliyi xəbər verir


Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus 25 milyon dollar dəyərində əmlak Böyük Britaniyada müsadirə edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Serious Fraud Office” (SFO) qurumu məlumat yayıb.

Müsadirə olunmuş əmlaklara Londonun prestijli Belgravia rayonunda yerləşən 2 mənzil və Surreydəki malikanə daxildir.

Qeyd edək ki, 2015-ci ildə məhkəmə Gülnarə Kərimovanı 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. 2020-ci ilin martında Daşkənd Şəhər Cinayət Məhkəməsi yeni iş üzrə Kərimovanı 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. O, sui-qəsd, qəsb, mənimsəmə və soyğunçuluq, çirkli pulların yuyulması və digər cinayətlərdə təqsirli bilinib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sabiq #prezidentin #qızının #milyon #dollarlıq #əmlakı #əlindən #alındı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu