fbpx
Xəbərlər

10-a yaxın avtomobil qəzaya düşdü – YARALILAR VAR/ FOTOLAR

BEY MEDIA İnformasiya agenti xəbər verir


Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisindən keçən yollarda bir neçə avtomobil qəzası baş verib.

Metbuat.az-ın APA-ya istinadən xəbərinə görə, bu ərazilərə yağan güclü qar, həmçinin duman və buz səbəbindən 10-a yaxın nəqliyyat vasitəsi sürüşərək bir-biri ilə toqquşub, yoldan çıxaraq aşıb, ağaca çırpılıb. Onlarla avtomobil hərəkət edə bilmədiyi üçün yolda qalıb, sürücülər və sərnişinlər yolların təmizlənməsini gözləyirlər. Şamaxı şəhəri ərazisində “NİVA” və “Mercedes Vita” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yolların qardan təmizlənməsi işləri görülsə də, qar yağmaqda davam edir, nəqliyyatın hərəkəti yenidən çətinləşir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu