fbpx

10 evdən oğurluq edən şəxslər saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Pirallahı rayonu Dübəndi bağları yaşayış massivində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, zərərçəkən Pirallahı Rayon Polis Şöbəsinə müraciət edərək evdən məişət əşyalarının oğurlandığını bildirib.

Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 9 sakinin ərizəsi Polis Şöbəsində qeydə alınıb. Onlar da evlərdən tikinti materialları, təmir-tikinti alətləri və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi müəyyən edilib.

Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən paytaxt sakinləri Xəyal Şirinov və Elman Əzizov saxlanılıblar. Onlar izahatında etdikləri oğurluqları etiraf ediblər.

Faktlarla bağlı Pirallahı Rayon Polis Şöbəsində Cinayət İşi başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin