fbpx

Bu sinfin bütün şagirdləri tələbə oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda bir neçə məktəbdə bir sinfin bütün şagirdləri tələbə adını qazanaraq 100 faizlik nəticə göstəriblər.

Metbuat.az xəbər verir ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub.

Onlardan Azərbaycan Dillər Universitetinə bir, Bakı Slavyan Universitetinə bir, Bakı Dövlət Universitetinə beş, Xəzər Universitetinə bir, Lənkəran Dövlət Universitetinə beş, Dövlət İqtisad Universitetinə üç, İdarəçilik Akademiyasına bir, Azərbaycan Dövlət Pedaqoji Universitetinə bir, Dövlət Sərhəd Xidmətinin Akademiyasına bir nəfər qəbul olub.

Bundan başqa, Sumqayıt şəhər Təfəkkür liseyinin 11a, 11b sinfinin bütün şagirdləri tələbə adını qazanıb.

Bundan başqa, Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin 11a, 11 b, 11e sinifləri 100% nəticə göstərərək ali məktəblərə qəbul olublar.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#sinfin #bütün #şagirdləri #tələbə #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu