fbpx

Ermənilərə Azərbaycan vətəndaşlığı verilməlidirmi? – Ekspertlər ŞƏRH ETDİ

BEY.AZ informasiya agentliyi xəbər verir


Son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Onlar sosial şəbəkələrdə videomüraciət yayaraq, hətta Ermənistan pasportlarından imtina etdiklərini də açıqlayıblar. Amma onların bu müraciətləri həm Ermənistan həm də bizim cəmiyyətdə birmənalı qarşılanmadı. Məsələ ondadır ki, ermənilər öz millətindən olan şəxsin belə addım atmasını xayinlik adlandırır və onları təhqir edirlər.

Ölkəmizdə isə düşünülür ki, xainlik edən bir millətin ünsürü əsla yaxın buraxılıb, xeyrimizə-şərimizə ortaq edilməməlidir.

Mövzuya münasibət bildirən politoloq Elçin Xalidbəyli Metbuat.az-a müsahibəsində dedi ki, bəzi ermənilərin Azərbaycan Prezidentinə müraciət edərək, vətəndaşlıq xahiş etmələrinə ölkəmizdə ictimai münasibət birmənalı olmasına səbəb ermənilərin tarixən xəyanətkar olmaları ilə bağlıdır.

Elçin Xalidbəyli

“Ermənilər Cənubi Qafqaza ayaq basdıqları vaxtdan indiyə qədər bütün dövrlərdə Azərbaycanlılara qarşı düşmən mövqedə olublar, xəyanət yolunu tutublar. Son 30 il ərzində isə müstəqil Azərbaycan dövlətinin beynəlxalq hüquqla təsbit olunmuş ərazilərini işğal altında saxlayıblar. Üstəlik, ermənilər Azərbaycana məxsus Xankəndi və ətraf bölgədə hələ də silahlı separatizm və terrorizm fəaliyyətini davam etdirirlər.

Ona görə də, Azərbaycan cəmiyyətində bəzi ermənilərin vətəndaşlıq xahişinə narahatlıqla yanaşılmasının səbəbləri tamamilə başadüşüləndir. Azərbaycan vətəndaşları haqlı olaraq, ermənilərin vətəndaşlıq aldıqdan sonra da öz xain xislətlərindən uzaqlaşa biləməyəcəklərindən narahat olurlar. Və bu baxımdan, ermənilərə Azərbaycan vətəndaşlığı verilməsinə qarşı çıxanları mövqeyi də anlaşılandır”.

Müsahibimiz düşünür ki, Azərbaycan vətəndaşlığının verilməsi prosedurları ölkəmizin konstitusiyasında öz əksini tapıb. Ona görə də, vətəndaşlıq almaq istəyən hər kəs, o cümlədən də ermənilər Azərbaycan Konsitusiyasını qəbul edib, həmin prosedurlara uyğun davranmalıdırlar. Çünki, Azərbaycan hüquqi dövlətdir və hər istəyən ölkəmizin vətəndaşı ola bilməz. Elçin Xalidbəyli hesab edir ki, əgər, vətəndaşlıq verilməsini xahiş edən ermənilər Konstitusiyadakı hüquqi prosedurları tam dəqiqliyi ilə icra edərlərsə, onda bu məsələdə növbəti mərhələ başlaya bilər.

“Məsələ ondadır ki, Konstitusiyaya uyğun şəkildə vətəndaşlıq üçün müraciət etmiş hər hansı şəxsin xahişi üzrə qərarın qəbul edilməsi Azərbaycan Prezidentinin və dövlətin digər əlaqədar qurumlarının səlahiyyətindədir. Yəni, bu məsələ ilə bağlı yekun qərarı yalnız Azərbaycan Prezidenti və əlaqədar dövlət orqanları verə bilər. Təbii ki, Azərbaycanın rəsmi dairələrinin bu məsələ ilə bağlı dövlətin maraqları çərçivəsində hüquqi qərar verəcəkləri qətiyyən şübhə doğurmur. Ona görə də, ermənilərin Azərbaycan vətəndaşlığı almaq barədə müraciətlərinə ifrat etirazlarla yanaşmaq hələ bir qədər tezdir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Xankəndi və ətraf bölgədə olan ermənilərin qarşısında da xüsusi tələb qoyulub ki, Azərbaycan Konstitusiyasını və vətəndaşlığını qəbul etdikdən sonra həmin ərazidə yaşaya bilərlər. Əks halda, Azərbaycanın Xankəndi və ətraf bölgəsini tərk etməli olacaqlar. Bu məsələdə yalnız erməni separatçı-terrorçular istisna təşkil edirlər. Onlar tərksilah olunacaqlar, Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılacaqlar.

Elçin Xalidbəyli onu da qeyd etdi ki, Xankəndi və ətraf bölgədə yaşayan dinc ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq məcburiyyətindədirlər. Onların həmin ərazidə ala biləcəkləri yeganə status Azərbaycan vətəndaşlığı ola bilər. Belə ki, Azərbaycan vətəndaşı olmayan ermənilər Xankəndi və ətraf bölgədə qalıb, yaşaya bilməzlər. Ona görə də, bu mövzuya mümkün qədər populizmdən uzaqlaşıb, praqmatik və dövlətin maraqları çərçivəsindən yanaşmaq lazımdır.

Politoloq Azər Qasımov isə deyir ki, Ermənistanın əbədi düşmən elan edilməsi və bunun hətta konstitusiyaya salınması fikrini respublikada irəli sürən məhz o, olub. Bu da təbii olaraq hər bir azərbaycanlının ağlından keçən və yüz ildən çoxdur ki, ermənilərin azərbaycanlıların başına gətirdiyi oyunların bir təcrübəsinin acı nəticəsidir. Müsahibimiz Metbuat.az-a açıqlamasında söylədi ki, son günlər ermənilərin Azərbaycan vətəndaşlığı istəməsi ilə əlaqəli müraciətlərinin edilməsi fonunda bizim buna hansı münasibəti göstərməyimiz məsələsinin ictimaiyyətin müzakirə predmeti olması və bir çox insanların buna qarşı əksinə düşünmələrini də normal qarşılamaq lazımdır.

Azər Qasımov

“Erməni adı eşidiləndə hər bir vətəndaşımızda şəhidlər, qazilər, yurd-yuvalarından qovulmuş insanlar, Xocalı soyqırımı kimi faktlar gözümüzün önündə canlanır.Bu da təbii olaraq hər kəsdə erməni ilə yenidən bir yerdə yaşamağın mümkün olmadığı fikrini formalaşdırır. Hesab edirəm ki, bu insanlara haqq vermək olar, amma bir nüansı yaddan çıxarmamaq şərti ilə. Azərbaycan sivil, tolerant və dünyəvi dövlətdir. Burda etnik mənşəyindən asılı olmayaraq bir çox xalqların nümayəndələri, o cümlədən də, elə ermənilərin bəziləri də indinin özündə belə yaşayırlar. Bu baxımdan Azərbaycan Qarabağ ərazisində yaşayan, bizə qarşı cinayət törətməkdə günahlandırılmayan və öz istəyi ilə Azərbaycan dövlətinin şərtlərini qəbul edən sadə ermənilərin Azərbaycan vətəndaşı kimi Qarabağda qalıb yaşamasına icazə verəcəyini həmişə bəyan edib. 44 günlük müharibə dövründə rus sülhməramlılarının indiki nəzarət ərazisindəki ərazilərə ordumuzun daxil olmamasının bir səbəbi də orda yaşayan erməniləri tamamilə Qarabağ ərazisindən qovmamaq üçün idi. Biz də yaxşı başa düşürük ki, ermənilərin Qarabağdan tam çıxarılması dünya ictimaiyyətinin gözündə Azərbaycanı arzu etmədiyimiz duruma sala bilər. Odur ki, nəticə etibarı ilə ermənilərin Qarabağda qalıb yaşaması bizim də geosiyasi baxımdan siyasi hədəfimiz kimi görünə bilər”.

Bəs onlara torpaqlarımızda yaşamaq şərəfini verməklə yenidən hansısa xülyalara qapılmaqlarına şərait yaratmış ola bilərikmi? Bu sualımıza cavab verən millət vəkili Fazil Mustafa düşünür ki, ermənilər müharibənin fəlakətini ona görə yaşayıblar ki, iddiaları başlarından böyük olub. Çünki onlar başqasının torpağını işğal edərək orada dövlət qurmaq istəyiblər.

Bu da ki, əslində, onların arzularının qurbanı olduğunun göstəricisidir. Azərbaycanın müharibədə qazandığı qələbədən sonra burada yaşayan ermənilərin də müəyyən dərəcədə gələcəyi ilə bağlı da öz təkliflərini irəli sürdüyünü vurğulayan Fazil Mustafa bildirdi ki, ermənilər azərbaycanlıları elə bir zülmü, vəhşiliyi, faciəni miras qoyublar ki, bu xalqla ümumiyyətlə, birlikdə yaşamağın mümkünsüzlüyünü bəri başdan söyləmək olar. Amma hər birimiz anlayırıq ki, tarixin müəyyən səhifələrini arxada buraxmasan, gələcəyi qurmaq mümkün olmayacaq.

Deputat Fazil Mustafa bu qurumla bağlı SƏRT SÖZLƏR:

Fazil Mustafa

“Azərbaycanlılarla ermənilərin əslində müəyyən bir hüquq qaydaları çərçivəsində Azərbaycanın suverenliyi daxilində yaşamaları mümkündür. Burda təbii ki, hansısa bir əlahiddə statusdan söhbət gedə bilməz. Azərbaycan sadəcə ermənilərin müəyyən mədəni komponentlərinin inkişafı istiqamətində başqa azsaylı xalqlara yaratdığımız şəraiti onlara da yarada bilər. Bizim belə bir öhdəliyimiz olacaqdır və bunu da edəciyik”.

Fazil Mustafa Qarabağdan köçürlən zaman Azərbaycan vətəndaşı olaraq yaşamaq istəməyən ermənilərin də azad seçimdə olduğunu vurğulayaraq qeyd etdi ki, kim ki, Azərbaycan bayrağı altında mövcud olmağı özünə sığışdırmırsa, tərk edib hansı bayrağı qəbul eliyirsə o ölkənin ərazisinə getməlidir. Amma kimlər ki, bunu qəbul edirsə, onlar üzərində də zorakılıq, basqı, psixoloji təzyiq olmamalıdır. Onlar da sadə, rahat formada Azərbaycan hakimiyyətinin iradəsi altında mövcudluğunu sürdürməlidirlər.

“Biz Qarabağın quruculuğunda da birlikdə iştirak edib, əvvəllər insanların yaşadığı ərazilərə qarşılıqlı şəkildə köçürülməsi və orada təhlükəsizliyin təmin olunmasını da gerçəkləşdirə bilərik. Çünki bunlar olmasa biz gələcəkdə müəyyən dərəcədə Qarabağda yeni bir konfliktin baş verməsini istəyənlərin bu arzusunun gerçəkləşməsinə şərait yarada bilərik. Bu fürsəti doğru dəyərləndirmək ən çox ermənilərdən asılıdır. Onlar bununla razılaşsalar, gələcəkdə Azərbaycanla birlikdə güvənli yaşamları daha real olacaqdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu