fbpx

13 tur sonra qol vuran Mahir Emreli dubl etdi: 9 qolluq oyun

BEY.AZ informasiya agentliyi xəbər verir


Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Mahir Emreli uzun müddət sonra qol vurub.

Metbuat.az xəbər verir ki, forvard ölkə çempionatının 17-ci turunun “Riyeka”ya qarşı keçirilən matçında dubl edib.

72-ci dəqiqədə meydana çıxan Mahir bir neçə saniyə sonra fərqlənib. O, qoldan bir dəqiqə sonra sarı vərəqə alıb. Emreli 85-ci dəqiqədə özünün 2-ci, komandasının 7-ci qolunu vurmaqla dublunu rəsmiləşdirib. Beləliklə, “Dinamo” 7:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Mahir Emreli sonuncu qolunu 3-cü turda “İstra” ilə matçda vurmuşdu. “Dinamo” 16 oyundan sonra turnir cədvəlinin lideridir. Komandanın bir oyunu təxirə salınıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu