20 yaşlı oğlan özünü gölə atdı
Masallı rayonunda intihar hadisəsi baş verib.
BEY.AZ xəbər verir ki, Böyük Kolatan kəndində yaşayan 2004-cü il təvəllüdlü Sənan Kənan oğlu Muradov özünü gölə atıb.
Belə ki, gecə saatlarında kəndin yaxınlığındakı “Böyük Kolatan-5” sututarına gələn 20 yaşlı oğlan özünü suya ataraq həyatına son qoyub.
Onun meyiti səhər saat 06:50 radələrində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |